
“Neftçi” - “Sabah” oyununun biletləri satışa çıxarıldı
- 31 Mar 2025 16:20
- 79
“Neftçi” və “Sabah” komandaları arasında keçiriləcək Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk matçının biletləri bu gün satışa çıxarılıb.
Rekord.az xəbər verir ki, biletlərin qiyməti sektorlardan asılı olaraq 2, 3, 5, 15 və 20 manatdır.
Biletlər "iticket.az" saytı və qarşılaşmanın keçiriləcəyi “Neftçi Arena”nın kassalarında satılacaq. "Neftçi" - "Sabah" görüşü aprelin 2-də, saat 19:30-da başlayacaq.
Yarımfinal mərhələsinin digər cütünü "Qarabağ"la "Araz-Naxçıvan" formalaşdırıb. Bu komandalar arasında ilk oyun aprelin 2-də, saat 17:00-da "Liv Bona Dea Arena"da baş tutacaq. Cavab qarşılaşmaları aprelin 23-də keçiriləcək.