
“Neftçi” “Sərhədçi”yə qalib gəldi
- 19 Mar 2025 23:00
- 31
Azərbaycan Basketbol Liqasının 19-cu turunda "Neftçi" "Sərhədçi"yə qalib gəlib.
Rekord.az xəbər verir ki, A qrupunda baş tutan matçda "ağ-qaralar" 84:68 hesablı qələbəyə sevinib.
Turun əvvəlki matçlarında "Sumqayıt" "Quba"nı 112:103, "Ordu" "Lənkəran"ı 87:65, "Abşeron" "Naxçıvan"ı 60:58, "Sabah" isə NTD-ni 105:79 hesabı ilə məğlub edib.