
"Neftçi", "Sumqayıt" və "Turan Tovuz"un bu futbolçuları "Şamaxı"nın hədəfində - ÖZƏL!
- 16 Apr 2025 15:00
- 262
Növbəti mövsümdən "Şamaxı"nın U-21-in bazası kimi formalaşacağı gözlənilir.
Rekord.az-a daxil olan məlumata görə, bölgə təmsilçisi indidən bu yöndə işlərə start verib.
Həm də U-21-in baş məşqçisi olan "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov milli komandada sərəncamında olan bəzi futbolçuları yeni mövsümdən Şamaxıya gətirməyi düşünür. Bu futbolçuların bəziləri haqda saytımıza məlumat daxil olub. Belə ki. Abbasov "Sumqayıt"dan Nihat Əhmədzadə, Sənan Muradlı, "Neftçi"dən Murad Məmmədov, "Turan Tovuz"dan Sadiq Şəfiyevi "Şamaxı"da görmək istəyir. Lakin bunun üçün adları çəkilən futbolçuların klublarının icazəsi lazımdır.