“Neftçi” Super Liqa klubu ilə üz-üzə
- 13 İyl 2024 12:00
- 229
Türkiyənin Ərzurum bölgəsində təlim-məşq toplanışında olan "Neftçi" bu gün ilk yoxlama oyununu keçirəcək.
Rekord.az xəbər verir ki, Roman Qriqorçukun baş məşqçisi olduğu komanda qardaş ölkənin Superliqa təmsilçisi “Alanyaspor”la üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
Toplanış çərçivəsində “ağ-qaralar” daha 3 yoxlama görüşü keçirməyi planlaşdırır.