“Neftçi” Misli Premyer Liqasının 25-ci turunda qarşılaşacağı “Kəpəz”lə matçın hazırlığını başa vurub.


Rekord.az xəbər verir ki, “ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqinə çıxıb.


Hazırlıq prosesindən sonra komanda üzvləri Tovuza yola düşüblər. Futbolçu Andrey Ştoqrin zədə səbəbindən “Kəpəz”lə görüşü buraxacaq.


Martın 5-də Tovuz şəhər stadionunda keçiriləcək “Kəpəz” – “Neftçi” oyunu saat 17:00-da başlanacaq.