“Neftçi” uduzdu, “Sabah” qalib gəldi
- 15 Dek 2023 22:55
- 319
Bu gün Azərbaycan Basketbol Liqasında 8-ci turun növbəti oyunları baş tutub.
Rekord.az xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində baş tutmuş günün ilk oyununda "Sabah" və "Sumqayıt" üz-üzə gəlib.
Liderlər qrupunda qərarlaşmış "Sabah” rəqibi üzərində 105:79 hesablı qələbəyə sevinib. Ən məhsuldar basketbolçular "Sabah"da Artyom Butyankov (18 xal, 7 ribaund), "Sumqayıt"da isə Smit Roderik (18 xal, 9 ribaund) olub.
Günün ikinci oyununda yeni transferləri ilə güclənmiş "Xırdalan" zədə səbəbindən iki əsas oyunçusu olmayan "Neftçi" ilə qarşılaşıb. Oyun "Xırdalan"ın 102:80 hesablı qələbəsi ilə yekunlaşıb. Ən məhsuldar basketbolçular "Xırdalan"da Zeyver Bryuer (24 xal, 6 ribaund), "Neftçi"də isə Ceyms Haforn (18 xal, 8 ribaund) olub.