"Neftçi" və "Qarabağ"dan fantastik yüksəliş
- 21 Yan 2020 17:19
- 1010
Dünyanın ən yaxşı futbol klublarının siyahısı açıqlanıb.
Rekord.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2019-cu ilin yekunlarına əsasən, 400 komandanın siyahısını müəyyənləşdirib.
Cədvəldə Azərbaycanın ən yaxşı komandası "Qarabağ"dır. Ağdam klubu ötən illə müqayisədə 57 pillə irəliləyərək 144 xalla dünyanın 80-ci komandasıdır. "Köhlən atlar" “Qalatasaray”, “Vilyarreal” (İspaniya), “Borussiya” (Dortmund, Almaniya), “Bazel” (İsveçrə), “Feyenoord” (Niderland), “Torino” (İtaliya), “Partizan” (Serbiya) və “Zenit” (Rusiya) kimi tanınmış klubları qabaqlayıb.
"Neftçi" isə daha böyük irəliləyişə nail olub. Ötən il 459-cu olan "ağ-qaralar" 242 pilləlik sıçrayışla 217-ci yerə yüksəliblər. Bakılıların hesabında 90 xal var.
Dünyanın ən yaxşı klubu isə İngiltərə təmsilçisi “Liverpul”dur. 316 xalı olan mersisaydlıları “Barselona” (293 xal) və “Mançester Siti” (284 xal) izləyir.