Əvəzedicilər Liqasında 28-ci turun oyunları keçirilir.

Rekord.az xəbər verir ki, bu gün daha 2 oyun baş tutub.

“Sumqayıt-2” – “Sabah-2” matçında qonaqlar qalib gəliblər. “Neftçi-2” isə “Araz-Naxçıvan-2” üzərində darmadağına sevinib.

Əvəzedicilər Liqası
28-ci tur

30 mart

“Sumqayıt-2” – “Sabah-2” 1:2
Qollar: Kamran Quliyev, 74-pen - Nihat Cabbarov, 61; 75.

“Neftçi-2” – “Araz-Naxçıvan-2” 3:0
Qollar: Elcan Əbilov, 48. Bahadur Quliyev, 72. Fərid Səfərli, 90+2.