
“Neftçi” “Zirə” ilə oyunun hazırlığını yekunlaşdırdı
- 12 Apr 2025 23:00
- 48
“Neftçi” Premyer Liqanın 30-cu turunda qarşılaşacağı “Zirə” ilə matçın hazırlığını başa vurub.
Rekord.az xəbər verir ki, komanda üzvləri bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqi yerinə yetiriblər.
Futbolçulardan Emin Mahmudov, Emil Səfərov, Robert Bauer və Ryonosuke Ohori zədə səbəbindən zirəlilərlə görüşü buraxacaqlar.
Aprelin 13-də “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Zirə” oyunu saat 19:15-də başlanacaq.