Futbol üzrə Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində oktyabrın 23-də saat 18:15-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Zirə” oyununun biletləri satışa çıxarılıb.

Rekord.az xəbər verir ki, bu barədə “Neftçi”nin mətbuat xidməti məlumat yayıb.

Qiyməti 3A sektoruna 5 AZN, digər sektorlara isə 1 AZN təşkil edən biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.

Kassalar bu gün saat 18:00-dək, oyun günü isə 11:00-dan 18:15-dək işləyəcək.