
“Neftçi” “Zirə”yə məğlub oldu, Tovuzda qol vurulmadı
- 13 Apr 2025 21:09
- 99
Bu gün Misli Premyer Liqasında 30-cu tura yekun vurulub.
Rekord.az xəbər verir ki, son gündə 2 oyun baş tutub.
Əvvəlcə “Kəpəz” Tovuzda “Araz-Naxçıvan”la münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə qapılara qol vurulmayıb.
Digər oyunda isə iki paytaxt təmsilçisi - “Neftçi” ilə “Zirə” üz-üzə gəlib. Altı qolluq oyunda qonaqlar əzmkar qələbəyə seviniblər.
Xatırladaq ki, daha öncə keçirilmiş oyunlarda “Səbail” “Qarabağ”a (1:4), “Sumqayıt” “Şamaxı”ya (1:2) uduzub. “Turan Tovuz” isə “Sabah”dan güclü olub – 2:1.
Misli Premyer Liqası
30-cu tur
13 aprel
“Kəpəz” – “Araz-Naxçıvan” 0:0
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Müslüm Əliyev, Əli Əliyev.
Tovuz şəhər stadionu, 17:00.
Kəpəz: 1. Rojerio Santos, 12. Turan Manafov, 5. Rauf Hüseynli, 8. Elmir Tağıyev, 21. Camal Cəfərov, 26. Valdemar Almeyda, 9. Luis Paçu, 29. Dioqo Verdaska, 78. Yeqor Xvalko (k), 28. Rati Ardazişvili, 88. Şevroni Mabatşoev.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 18. Elgün Bayramov, 2. İlkin Qırtımov, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 70. Nicat Süleymanov, 6. Nemət Musayev, 17. Ümid Səmədov, 19. Sadiq Şəfiyev, 41. Seymur Xəlilov, 11. Trent Buhagiar, 10. Karim Lkoça.
Baş məşqçi: Azər Bağırov.
Araz-Naxçıvan: 12. Kristian Avram, 5. Qara Qarayev, 34. Urfan Abbasov (k), 2. Slavik Alxasov, 26. Ömər Buludov, 16. Ramon Maçado, 29. Vanderson Melo, 8. Karlos Jatoba, 4. İqor Ribeyro, 97. Felipe Santos, 10. Bernardo Dias.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 6. Vadim Abdullayev, 7. Ülvi İsgəndərov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 11. Bayraməli Qurbanov, 71. Sənan Ağalarov, 17. İssuf Paro, 23. Nuno Rodriqes.
Baş məşqçi: Elmar Baxşıyev.
“Neftçi” – “Zirə” 2:4
Qollar: Filip Ozobiç, 9. Edvin Kuç, 23 - Rafael Utziq, 43-pen; 75-pen. Davit Volkov, 61. Ceyhun Nuriyev, 77.
Hakimlər: Rəşad Əhmədov, Zöhrab Abbasov, Teymur Teymurov, Elvin Bayramov.
“Neftçi Arena”, 19:15.
Neftçi: 93. Rza Cəfərov (k), 10. Filip Ozobiç, 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 7. Azər Əliyev, 4. Elvin Camalov, 90. Ramil Şeydayev, 91. Ağadadaş Salyanski, 14. Edvin Kuç, 99. Ervin Koffi, 44. Yuri Matias.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rustam Samigullin, 17. Rəhman Hacıyev, 78. Elcan Əbilov, 47. Murad Məmmədov, 6. Rafael Quzzo, 9. Bassala Sambu, 22. Dembo Darbo, 88. Andrey Ştoqrin, 77. Yeqor Boqomolski, 11. Aleks Fernandes.
Baş məşqçi: Samir Abasov.
Zirə: 13. Aydın Bayramov, 7. Məqsəd İsayev, 32. Qismət Alıyev(k), 8. İsmayıl İbrahimli, 5. Stefan Aka, 4. Ruan Renato, 90. Davit Volkov, 30. Rikardo Martins, 23. Rafael Utziq, 17. Ayron Qomis, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 97. Tyaqo Silva, 41. Anar Nəzirov, 14. Elçin Əlicanov, 11. Rüstəm Əhmədzadə, 29. Ceyhun Nuriyev, 48. Ramiz Muradov, 10. Giorgi Papunaşvili, 70. İssa Cibrila, 3. Ange Mutsinzi, 15. Pyer Zebli, 18. Martins Junior, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.