"Neftçi"də azarkeşlərlə görüş: Ceyhun Sultanov və Emin Mahmudov "divara sıxışdırıldı"
- 11 Dek 2019 15:00
- 1387
"Neftçi"də azarkeşlərlə görüş keçirilib.
Rekord.az xəbər verir ki, tərəflər klubun bazasında bir araya gəlib.
Yığıncaqda vitse-prezident Elnur Eyvazov, idman direktoru Ceyhun Sultanov, komandanın kapitanı Emin Mahmudov və "Forza Neftçi"nin nümayəndələri iştirak edib.
Paytaxt təmsilçisindən redaksiyamıza daxil olan məlumata görə, toplantı kifayət qədər sərt məcrada keçib. Tərəfdarlar əsasən Sultanovla Mahmudova öz narazılıqlarını bildiriblər.
İdman direktoru fanatlara barmaqarası münasibətinlən dolayı ciddi tənqidə məruz qalıb. Ona xatırladılıb ki, "Neftçi"də hamı gəldi-gedərdir, azarkeşlər isə həmişə klubun yanında olub və bundan sonra da olacaq.
Azarkeşlər Mahmudovu bir kapitan kimi üzərinə düşəni yerinə yetirməməkdə qınayıb. Yarımmüdafiəçiyə irad tutulub ki, o, lider kimi komanda yoldaşlarını öz arxasınca aparmağı bacarmır.
Bu azmış kimi, son oyunlar zamanı fanatlara etinasız yanaşması, onlarla salamlaşmaqdan imtina eləməsi Eminə səhvi olaraq göstərilib.
Ümumiyyətlə, fanatlar klub rəsmilərinə xəbərdarlıq edib ki, onlar layiq olduqları diqqəti görməsələr, istefa tələbi yenidən stadionları "başına götürəcək". (sportinfo.az)