"Neftçi"də çıxış etmiş olimpiya çempionu vəfat etdi
- 21 Apr 2021 12:23
- 861
Azərbaycan voleyboluna ağır itki üz verib. "Rekord.az" xəbər verir ki, Bakıda doğulan və ölkəmizdə idmanın sirlərinə yiyələnən, Olimpiya, dünya və Avropa çempionu Vera Lantratova 74 yaşında vəfat edib.
O, klub səviyyəsində yalnız “Neftçi”nin formasını geyinib. Lantratova bu komanda ilə SSRİ çempionatın (1972-ci ildə) bürünc mükafatçısı olub. 1967-ci ildə Azərbaycan SSR yığma komandası ilə SSRİ çempionatının və SSRİ xalqları Spartakiadasında gümüş medalını qazanan voleybolçu SSRİ millisinin heyətində də böyük turnirlərin iştirakçısı olub. O, 1968-ci ildə Yay Olimpiya Oyunlarının, 1970-ci ildə dünya, 1967-ci ildə Avropa çempionatının qalibi adına yiyələnib.
Məşqçi kimi “Lokomotiv”də çalışmış Lantratova müxtəlif illərdə SSRİ-nin ən yaxşı voleybolçuları siyahısına düşüb.
Daim Azərbaycanda doğulması ilə fəxr edən, tarixi Vətənini çox sevdiyini vurğulayan, sonradan Sankt-Peterburqda yaşayan voleybolçu məşqçi kimi çalışıb və orda məktəbdə bədən tərbiyəsi müəllimi işləyib. Lantratova aprelin 16-da məhz burada vəfat edib.
Allah rəhmət eləsin!