“Neftçi”də qambiyalı hücumçu
- 28 Avq 2024 23:15
- 164
"Neftçi” heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, paytaxt təmsilçisi qambiyalı hücumçu Dembo Darbo ilə 2 illik müqavilə imzalayıb.
O, Bakı klubunda 22 nömrəli forma altında çıxış edəcək.
Bundan əvvəl müqavilə ilə BƏƏ-nin “Əl-Nəsr” klubuna məxsus olan Darbo icarə əsasında Qazaxıstanın “Astana” və “Ordabaşı” klublarında çıxış edib. Sonuncu mövsümdə Qazaxıstan çempionatında 8 oyunda meydana çıxıb, 3 qol və 1 məhsuldar ötürmə müəllifi olub. Baş məşqçi Roman Qriqorçukun rəhbərliyi altında Soliqorsk “Şaxtyor”unda oynamış mərkəz hücumçusu 2021-ci ildə Belarus çempionatının və Superkubokunun qalibi olub. O, Qambiya milli komandasında 5 oyun keçirib.