"Neftçi" Azərbaycan futbolunda bir ilkə imza atmağı düşünür.

Rekord.az xəbər verir ki, paytaxt klubu "skaut qrup" yaratmağı düşünür.

Bu qrupda bir sıra peşəkarlar yer alacaq və tərkibi geniş olacaq. Onlar "Neftçi" üçün lazımlı olan futbolçuları izləyəcək, onların çıxışını geniş şəkildə təhlil edib siyahı şəklində baş məşqçiyə təqdim edəcək. Baş məşqçi də ehtiyac olan mövqeylər üzrə seçim edəcək.