“Neftçi” Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində səfərdə “Sabah”ın qonağı olacaq.


Rekord.az xəbər verir ki, “ağ-qaralar” oyunu izləmək azarkeşlər üçün jest edib.


“Neftçi” komandaya tribunadan dəstək olmaq istəyən fanatlar üçün ekspres avtobuslar ayırıb.


“Sabah” – “Neftçi” qarşılaşması sabah saat 20:00-da “Bank Respublika Arena”da keçiriləcək. Komandalar arasındakı ilk oyun Masazır təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.