"Neftçi"dən FİFA-ya şikayət edəcək: "İnsanlığa yaraşan hərəkət etmədilər" MÜSAHİBƏ
- 18 Noy 2019 11:00
- 1315
"Neftçi"nin sabiq hücumçusu Lukas Qomes sportinfo.az-a müsahibə verib. Rekord.az xəbər verir ki 2018-ci ilin yayında "ağ-qaralar"dan qalmaqallı şəkildə ayrılan argentinalı futbolçu həm özünə qarşı münasibətdən danışdı, həm də klubdan FİFA-ya şikayət etdiyini bildirdi.
- "Neftçi"dən ayrıldıqdan sonra Venesuelaya yollandız və hazırda da bu ölkənin " Deportivo Taçira" klubunda çıxış edirsiz. Ümumi vəziyyətiniz necədir?
- Əgər mən " Deportivo Taçira" klubunun oyunçusuyam və Venesuela çempionatında çıxış edirəmsə, burada oynamaq asan ola bilməz. Amma ailəmiz üçün hər şey yaxşıdır. Ümumi vəziyyətdən narazı qala bilmərəm.
- Nədən narazısınız? Oradakı problemləriniz "Neftçi"dəkindən böyükdür?
- Xeyr, "Taçira"da heç bir problemim yoxdur. "Neftçi"dən fərqli, burada maaşımı vaxtında və tam alıram.
- Bir müddət öncə demişdiz ki, "Neftçi"ni FİFA-ya şikayət etmək istəyirsiz. Həmin məsələ nə yerdədir?
- Artıq FİFA-ya şikayət etmişəm. Bu məsələyə baxılır. Onlardan cavab gözləyirəm. "Neftçi"nin mənə borcu var. Onu mütləq verməlidirlər. Deyəsən, klub bilmir ki, FİFA hər zaman futbolçuları dəstəkləyir və sonda onları haqlı çıxarır.
- Elə bilirdik, artıq "Neftçi" ilə probleminizi həll etmisiz...
- Xeyr, məsələ açıq olaraq qalır. Əgər bu, onların iddiasıdırsa, tamamilə yalan danışırlar. Mənə bir qəpik də verməyiblər. Bakıda mənə və ailəmə qarşı çox hörmətsizlik etdilər. Bakını tərk etmək üçün təyyarə biletlərimizi də özüm almalı oldum. Komandadan ayrıldıqdan sonra kimsə mənimlə əlaqə saxlamadı. Buna görə çox məyusam.
- FİFA şikayətinizə nə vaxt cavab verəcək?
- Başa düşürəm, bir az vaxt aparan prosesdir. Amma inanıram ki, tezliklə məsələ mənim xeyirimə həllini tapacaq.
- Bilmək olar, "Neftçi"nin sizə nə qədər borcu qalıb?
- Məbləği açıqlamaq istəmirəm. Amma onu deyə bilərəm ki, onların mənə verəcəyi məbləğ kifayət qədər böyükdür.
- Klub rəhbərliyi niyə sizə qarşı bu cür hərəkət etdi?
- Bunu mən özüm də başa düşmürəm. Bilmirəm, dediklərim xoşlarına gələcək ya yox, amma
. Onlar məni axtarıb tapmışdılar, mən onları yox.
- Baş verənlərdən sonra "Neftçi"yə keçidinizə təəssüflənmədiniz?
- "Neftçi" üçün etdiklərimə görə təəssüflənmirəm. Öhdəliklərimi yerinə yetirməliydim. Futboldur, belə şeylər çox olur.