“Neftçi”dən koronavirusla bağlı yeni qərar
- 11 Mar 2020 16:20
- 661
Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.
Rekord.az xəbər verir ki, yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə "Neftçi” Futbol Akademiyası komandalarının məşqlərinin keçirilməməsi martın 23-dək uzadılıb.
Qeyd edək ki, eyni səbəbdən AFFA-nın təşkilatçılığı ilə keçirilən U-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 və Gənclər liqalarının, U-11, U-13 və U-16 qızlar liqalarının, həmçinin "Coca-Cola Məktəbli kuboku”nun iştirakçılarının, müvafiq olaraq, orta məktəb şagirdləri və tələbələr olması nəzərə alınaraq, qeyd olunan turnirlərin oyunları 2020-ci il martın 27-dək təxirə salınıb.