“Neftçi”nin bəyənmədiyi oyunçu “Qalatasaray”da
- 09 Yan 2020 11:40
- 942
Türkiyə çempionu “Qalatasaray” növbəti transferə hazırlaşır.
Rekord.az xəbər verir ki, İstanbul təmsilçisi “Əskişəhərspor”da forma geyinən Jesse Sekidikanı heyətinə qatmaq istəyir.
Bir neçə gün öncə Henri Onyekuru və Marselo Saraççini sıralarına cəlb edən “sarı-qırmızılar” artıq Sekidika ilə də razılığa gəlib. Nigeriyalı oyunçunun transferinin qarşıdakı günlərdə rəsmən açıqlanması gözlənilir.
23 yaşlı hücumçunun “Qalatasaray”la 3,5 illik müqaviləyə imza atacağı bildirilir. “TRT Spor”un iddiasına görə, bu mövsümün qalan hissəsi üçün 225 min avro ödəyəcək. Qarşıdakı illərdə isə futbolçu ilinə 450 min avro qazanacaq.
Sekidika bu mövsüm “Əskişəhərspor”da 16 oyuna çıxıb, 8 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Onu da xatırladaq ki, nigeriyalı forvard 2019-cu ilin əvvəlində “Neftçi”də də baxışda olub. Amma həmin vaxt “ağ-qaralar”ın baş məşqçisi Roberto Bordin onu bəyənmədiyi üçün müqavilə imzalanmayıb.