“Neftçi”nin büdcəsi azaldıla bilər
- 20 Apr 2020 17:00
- 1017
Neftin qiymətinin kəskin ucuzlaşması Azərbaycan futboluna da təsirsiz ötüşməyəcək. Çünki klubların 70 faizi AFFA-dan, AFFA isə SOCAR-dan maliyyələşir. Təsadüfi deyil ki, federasiya maliyyələşdirdiyi klubların büdcələrinə yenidən baxmağı düşünür.
Rekord.az-a daxil olan məlumata görə, büdcəsinə baxılacaq ilk klub “Neftçi” olacaq.
Çünki AFFA-nın nəzarətində olan klublar arasında ən böyük büdcə məhz bu kluba məxsusdur.