
“Neftçi”nin əvəzediciləri cərimələndi
- 16 Apr 2025 17:20
- 97
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda Əvəzedicilər Liqasının 30-cu turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Kəpəz-2” – “Araz-Naxçıvan-2” oyununun 33-cü dəqiqəsində “Kəpəz-2” komandasının 57 nömrəli oyunçusu Amur Yusifov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Kəpəz-2” komandası 100 manat cərimə edilib.
“Kəpəz-2” – “Araz-Naxçıvan-2” oyununun 53-cü dəqiqəsində “Kəpəz-2” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Kəpəz-2” komandası 80 manat cərimə edilib.
“Neftçi-2” – “Zirə-2” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Neftçi-2” komandası 100 manat cərimə edilib.