Əvəzedicilər Liqasında 27-ci tura start verilib.

Rekord.az xəbər verir ki, bu gün 3 oyun baş tutub.

“Turan Tovuz-2” – “Sumqayıt-2” matçında qonaqlar, “Səbail-2” – “Neftçi-2” görüşündə isə meydan sahibləri qələbə qazanıblar. “Araz-Naxçıvan-2” də “Şamaxı-2” üzərində darmadağına sevinib.

Əvəzedicilər Liqası
27-ci tur
15 mart

“Turan Tovuz-2” – “Sumqayıt-2” 0:2
Qollar: Qabil Əlizadə, 9. Əjdər Hacılı, 81.

“Araz-Naxçıvan-2” – “Şamaxı-2” 6:2
Qollar: Tofiq Bayramov, 6. Bayraməli Qurbanov, 13. İftixar İbrahimov, 41; 67. Nicat Quliyev, 80. Fərid Tağıyev, 83 - Cəfər Muxtarov, 20. Fəxri Məmmədli, 52-pen.

“Səbail-2” – “Neftçi-2” 1:0
Qol: Rəvan Abasov, 24.