DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsi davam edir.

Rekord.az xəbər verir ki, bu gün 2-ci turun daha 6 oyunu keçirilib.

Norveç yığması İsraili asanlıqla məğlub edib. Çexiya da turu asan qələbə ilə başa vurub. Cırtdan Cəbəllütariqlə görüşdə qonaqlar rəqib qapısından 4 cavabsız top keçiriblər.

Qazaxıstan seçmə mərhələsində ilk qələbəsini qazanıb. Komanda səfərdə Lixtenşteyndən güclü olub.

Monteneqro yığması da Farer adalarını tək qolla yenib. Yeganə qolu “Neftçi”də çıxış edən Edvin Kuç vurub. O, ikinci hissədə meydana buraxılıb və 90+6-cı dəqiqədə fərqlənib. “Qarabağ”ın futbolçularından Marko Yankoviç 69, Marko Veşoviç isə 70 dəqiqə oynayıb.

DÇ-2026-nın seçmə mərhələsi
Qrup mərhələsi, 2-ci tur

25 mart

I qrupu

Moldova – Estoniya 2:3
Qollar: Nikolaesku, 67. Kaymakov, 90+1 – Peetson, 19. Sappinen, 30. Kait, 70.

İsrail – Norveç 2:4
Qollar: Abu Fani, 55. Turgeman, 90+3 – Volfe, 39. Sörlot, 59. Ayer, 65. Haland, 83.

Xallar: Norveç – 6. Estoniya – 3. İsrail – 3. İtaliya – 0. Moldova – 0.

J qrupu

Şimali Makedoniya – Uels 1:1
Qollar: Miovski, 90+1 – Bruks, 90+6.

Lixtenşteyn – Qazaxıstan 0:2
Qollar: Samorodov, 42. Maroçkin, 45.

Xallar: Şimali Makedoniya – 4. Uels – 4. Qazaxıstan – 3. Belçika – 0. Lixtenşteyn – 0.

L qrupu

Cəbəllüttariq – Çexiya 0:4
Qollar: Çerni, 21. Şik, 50. Şults, 72. Kliment, 90+5.

Monteneqro – Farer adaları 1:0
Qol: E.Kuç, 90+6.

Xallar: Çexiya – 6. Monteneqro – 6. Xorvatiya – 0. Farer adaları – 0. Cəbəllüttariq – 0.