“Neftçi”nin futbolçusunun cəzası azaldıldı
- 22 Avq 2024 17:40
- 139
"Neftçi" klubunun futbolçusu Ervin Koffinin cəzası azaldılıb.
Rekord.az xəbər verir ki, bu barədə AFFA-nın Apellyasiya Arbitraj Tribunalı qərar çıxarıb.
Cinah müdafiəçisinə verilmiş iki oyunluq cəzanın çəkilməmiş hissəsi, yəni bir oyunluq cəza şərti tətbiq edilib. Oyunçuya üç aylıq sınaq müddəti verilib.
Fransalı müdafiəçi "Səbail"lə heç-heçə (1:1) etdikləri Premyer Liqanın 2-ci turunun matçı bitdikdən sonra azarkeşlərə kənar əşya atdığı üçün diskvalifikasiya edilmişdi. "Ağ-qaralar"a buna görə tətbiq edilmiş 2000 manat cərimə qüvvədə saxlanılıb.