“Neftçi”nin gürcüləri: Mikuçadzedən Adamiyaya kimi YAZI + FOTOLAR
- 23 Apr 2020 14:00
- 2128
Birmənalı şəkildə demək olar ki, heç bir ölkədə legionerlərin iştirakı olmadan futbolu inkişaf etdirmək olamz. Çünki hər gəlmə futbolçu torpağına ayaq basdığı ölkəyə yeni mədəniyyət, oyun tərzi, oyun xarakteri gətirməklə həmin ölkənin futboluna rəngarənglik gətirir. Bu mənada Azərbaycan futbolunun da təşəkkül tapmasında əcnəbilərin rolu danılmazdı. Bu cümləni yazarkən, ölkəmizin tək müstəqillik yox, eyni zamanda sovet və inqilaba qədərki dövrünün futbol durumunu da nəzərdə tutmuşuq. Ötən əsrin əvvəllərinə qayıtsaq, inqilaba qədər bu rolun əsas ifaçıları ingilislər və almanlar, inqilabdan sonra isə ruslar, ukraynalılar və SSRİ-də yaşayan digər ölkələrin nümayəndələrim olmuşdu. Bu yazımızda sizə gürcülər haqqında söhbət açacağıq. Çünki bu millətin nümayəndələrinin də Azərbaycan futbolunda xüsusi yeri olub. Təsadüfi deyil ki, bu günə qədər də çoları Badri Kvaratsxeliyanı müstəqillik dövründə Azərbaycana gələn ən səviyyəli legioner hesab edirlər. Qeyd edək ki, Badri 1997-ci ildə “Kəpəz”in heyətində çıxış edib və 1998-ci ilin yanvarında məhz onun sayəsində Gəncə klubu Moskvada keçirilən “Birlik kuboku”nda qrup səddini aşaraq ¼ finala vəsiqə qazanıb. Bu, sözügedən turnirdə iştirak edən klublarımız arasında ilk olub. Daha sonra “Şəmkir”ə keçən Kvaratsxeliya burada da öz izini qoymağı bacarıb. Məhz onun vurduğu qol sayəsində Şəmkir klubu 2000-ci ildə “Skonto” ilə oyunda matçı əlavə vaxtda daşımış, ardınca qələbə qazanaraq klub tariximizdə ilk dəfə Çempionlar Liqasının növbəti mərhələsinə vəsiqə qazanmışdılar. Ancaq bu yazımızda sırf Azərbaycanın ən köklü klubu olan “Neftçi”nin tarixinə düşmüş gürcülər haqqında söhbət açacağıq.
“Neftçi”nin tarixinə nəzər salanda, görürük ki, digər millətlərin nümayəndələri kimi, gürcülər də bu işdə müəyyən pay sahibi olublar. Məsələn, 1957-ci ildə “Neftyanik”in heyətində çıxış edən Vladimir Mikuçadze komandanın liderlərindən biri olmağı bacarmışdı. Onun paytaxt klubuna gəlişi isə çox qəribə alınmışdı. Belə ki, 1951-ci il sentyabrın 23-də “Neftyanik” öz meydançasında Petrozavodski təmsil edən komandaya məğlub olur. Bu isə o dövr kluab rəhbərlik edən şəxsləri çox qəzəbləndirir. Hətta iş o yerə çatır ki, növbəti oyun üçün heyət DTK sədrinin kabinetində tərtib edilir. Sədrin göstərişi ilə komandaya bir neçə gənc futbolçu cəlb olunur ki, bunlardan da biri məhz Mikuçadze olur. Düzdür, onun Bakı klubundakı ilk ili uğursuz olur və gürcü komandanı tərk edir. Lakin 1953-cü ildən etibarən “Neftyanik”ə qayıdan Mikuçadze komandanın hücum xəttinin liderinə çevrilir. O, Ələkbər Məmmədov və Yuri Kuznetsov kimi futbolçuların yoxluğunu azarkeşlərə unutdura bilir. 1956-59-cu illər arasında komandanın ən yaxşı bombardiri oldu. 1957-ci ildə 29 oyunda 28 qol vurması onun nəinki “Neftyanik”in, ümumiyyətlə, zonanın öən məsuldar futbolçusu seçilməsinə şərait yaratdı. Mikuçadze həmin il dörd dəfə het-trikə imza atdı. Eyni zamanda yaxşı penalti vurmaq qabliyəti ilə də seçilən gürcü futbolçi 87 qolla “Neftyanik”in B sinfində ən çox qol vuran futbolçusu olub.
“Neftçi”nin tarixinə düşmüş daha bir gürcü isə İsay Abramaşvili olub.
1920-ci ildə Tbilisidə anadan olan İsay sonradan ailəsi ilə birgə Bakıya köçür. Anasının yəhudi olması onları bu addımı atmağa məcbur edir. Belə ki, beynəlmiləl Bakının həyat tərzinə alışmaq onlar üçün çox rahat olur. Futbolun sirlərini “küçə futbolu”nda öyrənən İsay daha sonra “Dinamo” idman cəmiyyətinin futbol bölməsinə üz tutur. Lakin sözügedən cəmiyyətdə futbolla bərabər, basketbolun da sirlərini öyrənir və hətta bu idman növü üzrə İdman ustası adını alır. Böyük Vətən müharibəsi başlayanda isə İsay könüllü olaraq, futbolçu formasını hərbi şinelə dəyişir. Döyüşlərin birində ağır yaralanaraq, almanlara əsir düşür. Bundan sonra onun yaşadıqları isə istənilən insan üçün örnək olacaq bir həyat tərzi ola bilər. Belə ki, əsirlikdə ağır günlər yaşayan Abramaşvili müharibədən sonra Stalin düşərgələrindən keçməli olur. Anasının yəhudi olması isə ona əlavə başağrısı yaradır. Bakıda isə onu tanıyanlar futbolçunun artılq həyatda olmadığını düşünürlər. Çünki əsir düşənlərin böyük əksəriyyəti vətənə geri dönmüşdü. Uzun sürgünlüklərdən sonra nəhayət, İsay üçün də günəş doğdu və o Bakıya döndü.
Nə qədər inanılmaz olsa da, bu qədər əzab əzaiyyətli günlər yaşayan, ölümlə üz-üzə qalan İsay qayıdan kimi qoyub getdiyi “Dinamo”da futbolçu karuerasını bərpa edir. 1949-cu ildə “Neftyanik” güclülər dəstəsinə qəbul ediləndən sonra heyəti gücləndirmək üçün “Dinamo”dan da 3-4 futbolçu komandaya cəlb olunur. Bu futbolçuların sırasında Abramaşvili də var idi. Yaşının çox olmasına baxmayaraq, o, güclülər dəstəsində uğurla çıxış edir, bütün oyunlarda forma geyinir, 8 oyunda qol vurmaqla Şaqarovdan sonra komandanın ən sərrast futbolçusu olur. Növbəti mövsüm yarımmüdafiə xəttinin liderinə çevrilən gürcü yalnız bir matçda forma geyinmir. “Neftyanik” güclülər dəstəsini tərk edib B sinfinə düşəndə isə Abramaşvili komandanın kapitan sarğısını daşıyır. 1951-ci ildə baş verənlər futbolçunun həyatında dərin iz buraxır. Belə ki, komanda güclülər dəstəsinə vəsiqə qazana bilməyincə, heyət tamamilə buraxılır. Yüksək vəzifəli məmurlar isə İsaya əsgərlikdə olduğunu da xatırladırıar. Vəziyyət belə olunca, kapitan komandanı tərk edərək Mosvaya yola düşür, orada HHQ-də (Hərbi Hava Qüvvələri) məşur sovet futbolçusu Vsevolod Bobrovla çiyin-çiyinə bir neçə il uğurlu mövsüm keçirir. Nəhayət, 1955-ci ildə 35 yaşında futbolçu karyerasını başa vurur. 1960-cı ildə Sumqayıt “Polad”ında Vitali Şevçenkonun kömıəkçisi işləyən İsay daha sonra bir neçə il Gəncə “Dinamo”nun da məşqçisi olur.
İsayın müharibədən sonra böyük həvəslə Bakıya qayıtmasının başqa səbəbi də var idi. Belə ki, o, bakılı bir qızı sevirdi. Cəbhəyə getməmişdən öncə futbolçu həmin nişanlısını əksər dostları, o cümlədən Artyom Falyan adlı erməniylə də tanış etmişdi. Lakin İsayın müharibədən gec qayıtmasından istifadə edən Falyan ermənilərə xas olan simasızlığını göstərərək həmin qızı aldadıb, onunla ailə qurur. Ailə qurmaq həvəsi ilə Bakıya qayıdan Abramaşvili qoyub getdiyi nişanlısını ən yaxın dostunun xanımı olduğunu görüncə mənəvi cəhətdən çox ağır zərbə alır və ömrünün axırına qədər ilk sevgisinə sadiq qalaraq, ailə qurmur.
50-ci illərdə “Neftyanik”in heyətində oynayan gürcü futbolçulardan biri də Viktor Maqaltadze olub. Bu futbolçu Azərbaycanın futbol tarixinə hazırda Tofiq Bəhramovun adını daşıyan Respublika stadionda vurulan ilk qolun müəllifi kimi düşüb. Tarixi qol 1951-ci il sentyabrın 6-da “Neftyanik”lə Moskva “Lokomotiv”i arasında keçrilən matçın 9-cu dəqiqəsində vurulub. Lakin həmin oyun həmin vaxt Stalinin adını daşıyan stadionun ot örtüyünü, tribunaları və tablonu yoxlamaqdan ötrü, yəni sınaq məqsədi ilə keçirildiyindən Maqaltadzenin qolu rəsmi olaraq qeydiyata düşməyib. Rəsmi qolun müəllifi isə 1951-ci il sentyabrın 16-da Ələkbər Məmmədov olub. Məlum 1951-ci il hadisələrindən sonra Maqaltadze də komandadan qovulanlar arasında idi. 1954-cü ildə yenidən “Neftyanik”ə dönən Viktor daha bir mövsüm oynadıqdan sonra futboolçu karyerasını bitirdi.
1960-cı ildə “Neftyanik” ikinci dəfə yüksək dəstəyə dəvət alanda yenidən komandaya bir çox futbolçular dəvət edildi ki, onlardan biri də Robert Çançaleyşvili idi.
Robert 1962-ci ilə qədər “Neftyanik”in müdafiə xəttinin əvəzedilməz simalarından olub. Lakin 1963-cü ildə ağır zədə alaraq bir müddət sonra futbolu buraxmalı oldu. Məşqçilik fəaliyyəti dövründə isə bir müddət o, B sinfində çıxış edən Mingəçevrin “Tekstilşik” komandasının baş məşqçisi olub.
Həmin dövrdən etibarən müstəqillik qazandığımı dönəmə qədər “Neftçi”də gürcü futbolçu çıxış etməyib. Bu mənada müstəqi Azərbaycan çempionatında “Neftçi”nin heyətində çıxış edən ilk gürcü Otaq Korqalidze olub və 1995-ci ildə “Neftçi”nin heyətində ölkə kubokunu qazandı.
Korqalidzedən sonra Georgi Gilasoniya, David Svanidze, Şalva İsiani, Valeriy Abramidze, Geori Navalovski kimi futbolçular qısa müddətli olsa da, “Neftçi”nin şərəfini qoruyublar. Heç şübhəsiz ki, müstəqillik dövrünün “Neftçi”də çıxış edən ən parlaq gürcü nümayəndəsi Georgi Adamiya olub.
“Neftçi”nin 2005-ci ildə “Birlik kuboku”nun finalına çıxmasında böyük rolu olan Adamiya yarımfinalda Ermənistanın “Pünik” komandasının qapısına ilk qolu vurmaqla ümumi qələbəyə də öz töhvəsini vermiş oldu.