"Neftçi"nin keçmiş rəisi deputatlığa namizəd oldu
- 06 Yan 2020 14:58
- 1511
Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.
Rekord.az xəbər verir ki, "Neftçi"nin sabiq rəisi Güloğlan Cabbarov da deputat olmaq iddiasındadır.
O, 19 saylı Nərimanov 1-ci seçki dairəsindən öz namizədliyini irəli sürüb.
Cabbarov 2011-2013-cü illər aralığında paytaxt klubunda fəaliyyət göstərib. Ölkə kubokunun "Xəzər Lənkəran" - "Neftçi" finalında yaşanan məlum qalmaqallı olaydan sonra Cabbarov istefa vermişdi.