
“Neftçi”nin məşqçisinə 5 oyunluq cəza
- 17:40
- 41
AFFA futzal üzrə Yüksək Liqada çıxış edən "Neftçi" İK-nın məşqçisi Əli Hüseynovu 5 oyunluq cəzalandırıb.
Rekord.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar çıxarılıb.
Buna 15-ci turda baş tutan "Neftçi" İK – "Baku Fire" matçının fasiləsində məşqçinin təhqiredici, qeyri-etik ifadələr işlətmək və ya jestlərdən istifadə səbəbindən birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılması səbəb olub. Nəticədə o, 5 oyunluq diskvalifikasiya edilib.