Futbol üzrə Finlandiya çempionatında 14-cü turun oyunları keçirilib. Rekord.az xəbər verir ki, Avropa Liqasının 3-cü təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan HİK də növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda SJK ilə qarşılaşıb. “Neftçi”nin rəqibi bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.

Bu xal itkisinə baxmayaraq, 14 oyuna 35 xal toplamış HİK hazırda liderdir.