“Neftçi”nin “Sabah”la oyununun yeri yenə dəyişdirildi
- 17 Avq 2024 17:45
- 210
Azərbaycan Premyer Liqasının 3-cü turunda keçiriləcək "Neftçi" - "Sabah" oyununun yeri növbəti dəfə dəyişdirilib.
Rekord.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi “Liv Bona Dea Arena”da deyil, Zirə Olimpiya İdman Kompleksinin stadionunda təşkil olunacaq.
"Zirə" klubu UEFA Konftans Liqasındakı oyun üçün stadionun ot örtüyünün qorunması məqsədi ilə "Neftçi"yə müraciət edib.
"Neftçi" - "Sabah" görüşü sabah saat 20:30-da start götürəcək. Bu qarşılaşmanın yeri daha əvvəl "Neftçi Arena"dan “Liv Bona Dea Arena”ya dəyişdirilib.