“Neftçi”nin sabiq baş məşqçisi 4 oyundan sonra istefa verdi
- 12 Apr 2020 14:20
- 790
Slovakiyanın “Nitra” klubu baş məşqçisi Anatoli Demyanenkonu istefaya göndərib.
Rekord.az xəbər verir ki, 61 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv olunub. İstefanın səbəbi haqda məlumat verilməyib.
Qeyd edək ki, “Nitra” ukraynalı mütəxəssisin rəhbərliyi altında cəmi 4 oyun keçirib. Komanda bu oyunlarda 1 qələbə qazanıb, 1 heç-heçə edib, 2 məğlubiyyətlə üzləşib.
Xatırladaq ki, Anatoli Demyanenko 2008-ci ildə "Neftçi"ni çalışdırıb.