“Neftçi”nin sabiq futbolçusu ölkəsinin rəmzi komandasında
- 2022-05-17 15:21
- 418
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Syerra-Leone tarixinin rəmzi komandasını açıqlayıb.
Rekord.az IFFHS-ın rəsmi saytına istinadən xəbər verir ki, rəmzi heyətə “Neftçi”nin sabiq futbolçusu Julius Vobay da düşüb.
38 yaşlı keçmiş futbolçu 2012-2015-ci illərdə “Neftçi”nin formasını geyinib. O, bir dəfə Azərbaycan çempionu, 3 dəfə Azərbaycan kubokunun qalibi olub və 2012-2013 mövsümündə “Neftçi”nin heyətində Avropa Liqasının qrup mərhələsində mübarizə aparıb.