Son olaraq “Keşlə”də forma geyinən Denis Silva karyerasını Braziliyada davam etidərəcək.

Rekord.az xəbər verir ki, 33 yaşlı müdafiəçi “San Kaetano” klubuna keçib. Bu barədə Braziliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Silva ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Karyerası ərzində “Vasko de Qama”, “Xəzər Lənkəran”, “Qremio”, “Neftçi” kimi klubların da şərəfini qoruyan Silvanın Azərbaycanda son iş yeri “Keşlə” olub. Müdafiəçi ötən mövsümün sonunda Bakı təmsilçisindən ayrıldıqdan sonra işsiz qalmışdı.