Neftçi”nin siqaret üstündə qovduğu futbolçunu “Zirə” heyətinə qatdı
- 27 Yan 2020 12:00
- 1061
Antalyada təlim-məşq toplanışında olan U-19 millimizin heyətindən intizamsızlığa (siqaret çəkdiyi üçün) görə qovulan Elnur Hüseynov özünə yeni klub tapıb.
Rekord.az xəbər verir ki "Neftçi"dən də kənarlaşdırılan 17 yaşlı qapıçı mövsümün qalan hissəsini "Zirə"də keçirəcək.
Hüseynov qəsəbə klubunun əvəzedici heyətində forma geyinəcək. O, "Zirə-2" ilə 6 aylıq anlaşıb. (sрortinfo.az)