Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Kəpəz”lə qarşılaşacaq "Neftçi"nin üç futbolçusu meydana çıxa bilməyəcək.


Rekord.az xəbər verir ki, zədələrini sağaldandan sonra hələ də tam hazır olmayan Andrey Ştoqrin və Rafael Quzzo, həmçinin səhhətində problem yaranan Robert Bauer "ağ-qaralar"a kömək edə bilməyəcəklər.


Fevralın 28-də “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Kəpəz” oyunu saat 19:30-da başlanacaq.