Xəbər verdiyimiz kimi, “Neftçi” xorvatiyalı qapıçı İvan Brkiçi transfer edib.

Rekord.az xəbər verir ki, tranaferdə əsas istək baş məşqçi Samir Abasovdan gəlib.

Məhz Xorvatiya amilini də Abasov istəyib çünki özünün də Xoratiya və Balkan ölkələrindən dostları var. Bununla belə, Brkiçin gəlişində “Neftçi”nin müdafiəçisi Voislav Stankoviçin də böyük rolu olub. Belə ki, Brkiç “Neftçi”yə gəlməmişdən qabaq serbiyalı müdafiəçi ilə uzun-uzadı müzakirə aparıb və məhz Stankoviçin məlumat və tövsiyyələridən sonra Bakıya gəlməklə bağlı qəti qərarını verib.