Kişi voleybolçular arasında Azərbaycan çempionatında daha bir baş tutmayıb. "Rekord.az" xəbər verir ki, Yüksək Liqada X tur çərçivəsində bu gün keçirilməsi nəzərdə tutulan “Neftçi” - "Murov” qarşılaşması keçirilməyib.

Görüşün baş tutmamasına səbəb “Neftçi”nin oyuna çıxmaması olub.  Komanda oyuna çıxmadığına görə matçın hakimləri və oyunun supervayzeri qaydalara uyğun olaraq "Murov"a texniki qələbə veriblər. 

Yüksək Liqa

3 mart

X tur

   “Neftçi” - “Murov” 0:3 (texniki məğlubiyyət)