Azərbaycanın məşhur MMA döyüşçüsü “AMC Fight Night”ın 5-qat çempionu Nəriman Abbasov (28-3) Las Veqasa yollanıb.

Rekord.az xəbər verir ki, Nəriman sentyabrın 6-da UFC prezidenti Dana Vaytın “Dana White Contender Series” çərçivəsində döyüşəcək.

Nərimanın rəqibi 11 qələbə seriyasını davam etdirən LFA çempionu braziliyalı İsmael Bonfim (17-3) olacaq.