Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasov UFC-də çıxış edəcək.

Rekord.az xəbər verir ki, bu barədə 28 yaşlı idmançı bu gün keçirdiyi mətbuat konfransında açıqlama verib.

Yüngül çəkidə AMC “Fight Nights Global” çempionu artıq UFC ilə 5 döyüş üçün rəsmi müqavilə imzalandığını bildirib:

"Burada da uğurla çıxış etmək və çempionluq uğrunda mübarizə aparmaq niyyətindəyəm".

Yeri gəlmişkən, bu gün Nəriman Abbasovun azarkeşlərlə görüşü və imza sessiyası keçiriləcək. Tədbir 14:00-da "Gənclik Mall"da başlayacaq. Bütün idman həvəskarları üçün giriş sərbəstdir.