“Nəticə bizim üçün yaxşı olmadı” - Dambrauskas
- 29 Avq 2024 22:26
- 147
"Omoniya"nın (Kipr) baş məşqçisi Valdas Dambrauskas Bakıda "Zirə"yə uduzduqları (0:1) UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:
“Rəqibi qələbə münasibətilə təbrik edirəm. Bizim üçün yaxşı nəticə olmadı. Amma ümumilikdə turnirin qrup mərhələsində mübarizə aparacağıq. Bununla bağlı azarkeşləri, klubu təbrik edirəm. Qarşımıza qoyulan əsas məqsədə çatdıq. Bunun öhdəsindən ilk oyunda gəldik. Bu gün isə ilk hissədə rəqiblər bir-birinə oynamağa imkan vermədi. Meydanın vəziyyəti də buna təsir etdi".
Kiprdə altı cavabsız qolla qalib gələn "Omoniya" turnirin Liqa mərhələsinə vəsiqə qazanıb.