Braziliyanın “Santos” klubu baş məşqçisi Pedro Kaysinya ilə yollarını ayırıb.


Rekord.az xəbər verir ki, bu barədə A Seriyası klubunun saytı məlumat yayıb.


“Santos” Braziliya çempionatının startında keçirdiyi 3 oyundan heç birində qələbə qazana bilməyib. Komanda “Vasko da Qama”ya (1:2) və “Fluminense”yə (0:1) məğlub olub, “Bahia” ilə heç-heçə (2:2) edib.


Cəmi 1 xal toplayan “Santos” turnir cədvəlinin 18-ci pilləsində qərarlaşır. 


Klub baş məşqçi Pedro Kaysinya ilə yanaşı, onun iki köməkçisini, həmçinin qapıçılar və fitnes üzrə məşqçiləri istefaya göndərib.


Braziliya millisinin sabiq futbolçusu Sezar Sampayo baş məşqçi səlahiyyətlərini müvəqqəti icra edəcək.


Tanınmış hücumçu Neymar da “Santos”un formasını geyinir.