Neymar "Borussiya"ya qarşı oynayacaq?
- 14 Fev 2020 17:42
- 713
PSJ-nin baş məşqçisi Tomas Tuhel futbolçusu Neymar haqda danışıb.
Rekord.az Fransa mətbuatına istinadən xəbər verir ki, o, zədəli hücumçunun Çempionlar Liqasının 1/8 finalında "Borussiya" ilə ilk matçda oynayıb-oynamayacağının məlum olmadığını deyib: "Borussiya"ya qarşı oynayacağını 100 faiz deyə bilmərəm. Bununla bağlı müzakirəmiz olacaq və yekun qərar verəcəyik. Risk edə bilmərik".
Qeyd edək ki, PSJ - "Borussiya" görüşü fevralın 18-i keçiriləcək.