Neymar Braziliya millisinin tarixinə düşdü
- 10 Okt 2019 19:30
- 755
Futbol üzrə Braziliya yığması bu gün Seneqalla yoxlama oyunu keçirib.
Rekord.az xəbər verir ki, 1:1 hesabıyla başa çatan qarşılaşma braziliyalı hücumçu Neymar üçün əlamətdar olub.
Belə ki, bu oyunda start heyətində yer alan ulduz futbolçu 100-cü dəfə yığmanın formasını geyinib. 27 yaşlı oyunçu bununla millidə "100-lər klubu"na daxil olan 6-cı futbolçu olub. Neymar "Başakşəhər"li Robinyo ilə oyun sayını bərabərləşdirib.
Bu baxımdan zirvədə Kafu qərarlaşır. Sabiq sağ cinah müdafiəçisi "pentakampeonlar"ın heyətində 142 görüşdə meydana çıxıb. Onu müvafiq olaraq Roberto Karlos (125 oyun), Dani Alveş (116), Lusio (105) və Klaudio Taffarel (101) izləyir.
Neymar həm də Braziliya yığmasında 100-cu oyununu keçirən ən gənc futbolçu ünvanına sahib çıxıb. Neymar bu oyunlarda rəqib qapılarından 61 qol keçirib.