Cənubi Koreya millisi üzərində 4:1 hesabı ilə qalib gələn və mundialın 1/4 finala vəsiqə qazanan Braziliya millisinin hücumçusu Neymar oyundan sonra açıqlama verib.

Rekord.az xəbər verir ki, o, mundialdakı hədəfləri və eyni zamanda özünün durumu haqda danışıb.

Futbolçu Cənubi Koreya ilə oyundan sonrakı gecəni ağladığını etiraf edib: "Zədəmə görə çox narahat idim və buna görə bütün gecəni ağladım. Ailəm də bunu bilir. Yaxşı ki, hər şey geridə qaldı və vəziyyət yaxşıdı. Bütün fikrimizi qarşıdakı oyuna yönəltmişik. Mundialın qalibi olmaq üçün 7 oyun keçirməlisən. Dördünü keçirmişik, qalır üç oyun. Çox yaxşı hazırlaırıq və bütün fikrimizi titula kökləmişik".