Neymarın "Barselona"ya dönüşünün tərəfdarıdır
- 15 Apr 2020 16:49
- 596
“Barselona”nın sabiq kapitanı Xavi Hernandes PSJ-nin hücumçusu Neymarın komandaya mümkün qayıdışı barədə danışıb.
Rekord.az İspaniya mətbuatına istinadən xəbər verir ki, braziliyalı futbolçunu dünyanın ən yaxşı 5 oyunçusundan biri hesab edən "Əl Sədd"in baş məşqçisi onun Kataloniya klubuna geri dönməsinin tərəfdarı olduğunu bildirib:
"Neymar niyə geri qayıtmasın ki? Onun oyun bacarığına heç bir şübhəm yoxdur. Onunla bir müddət eyni komandada olmuşuq və mükəmməl bir insan olduğunu düşünürəm".
Xatırladaq ki, Neymar 2017-ci ildə 222 milyon avro qarşılığında "Barselona"dan PSJ-yə transfer olunub.