"Qəbələ" yeni transferə imza atıb.

 

Rekord.az xəbər verir ki, Azərbaycan Kubokunun son qalibi keçmiş legioneri İbrahima Niasseni heyətinə qaytarıb. 

 

31 yaşlı seneqallı yarımmüdafiəçi ilə müqavilə imzalanmaqla keçidi rəsmiləşib. O, köhnə-yeni komandasında ilk məşqə də çıxmağa imkan tapıb. Bu, "Biləcəri" Futbol Mərkəzində ("Bakı"nın keçmiş bazasında) reallaşıb. 

 

Niasse "Qəbələ"nin tarixində çempionatımızın ilk medalını (bürünc) və avrokuboklara ilk vəsiqəni qazandığı 2013/14 mövsümündə şərəfini qoruyaraq 29 matçda 1 qol vurub. Bu, Yuri Syominin komandanın baş məşqçisi olduğu vaxtda baş verib. Maraqlıdı ki, futbolçu hazırda "Qəbələ"də baş məşqçi əvəzi olan Elmar Baxşıyevlə həmin mövsümdə çiyin-çiyinə oynayıb.

 

Qocaman mütəxəssis İbrahimanı ölkəmizdən Vətəni Rusiya Premyer Liqasının debütanı "Morvoviya"ya aparmışdı. Futbolçu ardından Rumıniyaya "Konkordiya", Hindistanda "Odişa", Yunanıstanda "Levadiakos" və Mərakeşdə "Raja Kasambalnka"da forma geyinib. Niassenin ölkəmizdə ilk klubu isə "İnter" olub. O, hazırda "Keşlə" adlanan bu komandanın heyətində 2012/13 mövsümündə 48 matçda 6 qola imza ataraq orda da Premyer Liqamızın bürünc mükafatçısı olub. (sport24.az)