Nicat Abasov 4-cü, Maqnus Karlsen qalib oldu
- 24 Avq 2023 19:00
- 443
Bakıda keçirilən şahmat üzrə Dünya Kuboku sona çatıb. Bu gün yarışda tay-brek oyunları keçirilib.
Rekord.az xəbər verir ki, beşqat dünya çempionu Maqnus Karlsen finalda hindistanlı Rameşbabu Praqqnanandha üzərində qələbə qazanıb.
Daha təcrübəli Karlsen tay-brekdə bir qələbə və bir heç-heçə ilə finalın taleyini həll edib. Bununla Maqnus Karlsen karyerasında ilk dəfə Dünya Kubokuna sahib çıxıb.
3-cü yer uğrunda görüşdə isə Azərbaycan şahmatçısı Nicat Abasov ABŞ təmsilçisi Fabiano Karuanaya məğlub olub. Tay-brekdəki hər iki oyunda qalib gələn Karuana yarışın bürünc medalını qazanıb.
Abasov karyerasında ilk dəfə Dünya Kubokunda 4-cü yeri tutub.
Qeyd edək ki, yarışda ilk üç yeri tutan şahmatçılar İddiaçılar Turnirinə vəsiqə qazanıb.