Nicat Abasovdan hindistanlı şahmatçı ilə heç-heçə
- 21 Apr 2024 11:00
- 390
Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirinin növbəti görüşündə heç-heçə edib.
Rekord.az xəbər verir ki, 28 yaşlı qrossmeyster 13-cü turda Vidit Santoşla (Hindistan) qarşılaşıb.
Abasov qara fiqurlarla oynayıb. Bu nəticədən sonra Abasov 3,5 xalla sonuncu - səkkizinci pillədə qərarlaşıb. Santoş isə 5,5 xalla altıncıdır.
Qeyd edək ki, yarış aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.