Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında baş tutan Niderland - Türkiyə matçının ən yaxşı futbolçusu müəyyənləşib.

Rekord.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Niderland yığmasının müdafiəçisi Stefan De Vray oyunun ən yaxşısı adına layiq görülüb.

Niderland - Türkiyə görüşü birincilərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.