Norveç darmadağına üzüldü, İngiltərə səfərdə sevindi
- 14 Okt 2024 00:50
- 209
Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsinin 4-cü turuna start verilib.
Rekord.az xəbər verir ki, turun ilk oyun günündə 8 qarşılaşma baş tutub.
B Liqasınının 2-ci qrupunda İngiltərə millisi səfərdə Finlandiyadan üstün olub.
B Liqasının 3-cü qrupunda isə Norveç millisi səfərdə Avstriyaya böyük hesabla məğlub olub.
UEFA Millətlər Liqası
13 oktyabr
B Liqası, 2-ci qrup
Finlandiya – İngiltərə 1:3
Qollar: Hoskonen, 87 – Qriliş, 18. T.Aleksander-Arnold, 74. Rays, 84.
Yunanıstan – İrlandiya 2:0
Qollar: Bakasetas, 48. Mantalos, 90+2.
Xallar: Yunanıstan – 12. İngiltərə – 9. İrlandiya – 3. Finlandiya - 0.
B Liqası, 3-cü qrup
Qazaxıstan – Sloveniya 0:1
Qol: Mlakar, 55.
Avstriya – Norveç 5:1
Qollar: Arnautoviç, 8; 49-pen. Linhart, 58. Poş, 62. Qreqoriç, 71 – Sörlot, 39.
Xallar: Norveç – 7. Avstriya – 7. Sloveniya – 7. Qazaxıstan - 1.
C Liqası, 4-cü qrup
Ermənistan - Şimali Makedoniya 0:2
Qollar: Miovski, 72. Alimi, 85.
Farer Adaları – Latviya 1:1
Qollar: Sorensen, 40 – Sits, 69.
Xallar: Şimali Makedoniya – 10. Ermənistan – 4. Latviya – 4. Farer Adaları - 3.
D Liqası, 1-ci qrup
Lixtenşteyn – Cəbəllütariq 0:0
Xallar: Cəbəllütariq – 5. San Marino – 3. Lixtenşteyn - 2.
D Liqası, 2-ci qrup
Malta – Moldova 1:0
Qol: Teuma, 87-pen.
Xallar: Moldova – 6. Malta – 6. Andorra - 0.