Norveç Milli Olimpiya Komitəsinin sədr müavini istefaya verdi
- 16 Mar 2022 17:45
- 562
Norveç Milli Olimpiya Komitəsinin və Norveç İdman Konfederasiyasının (NIF) sədr müavini Oyvind Vatterdal istefa verib.
Rekord.az xəbər verir ki, o, bu addımı Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Rusiya və Belarus idmançılarını beynəlxalq yarışlardan kənarlaşdırmasına etiraz olaraq atdığını bildirib:
“İstənilən idmançının cəzalandırılması dəhşətlidir. Tamaşaçılar pul ödəyirlər ki, idmançıların öz bacarıqlarını nümayiş etdirməsinə baxsınlar. Amma İcraiyyə Komitəsində bir çox insanlar özlərini siyasətçi kimi aparır. Mən isə ancaq idmançıları təmsil edirəm. Beləliklə, Norveç Milli Olimpiya Komitəsinin belə bir qərara “hə” deməsi ilə razılaşmadığımı bildirmək istədim. Mən heç bir idmançının haradan olmasından asılı olmayaraq, qovulmasının tərəfdarı deyiləm. İstefa verdikdən sonra çoxlu müsbət rəylər aldım ki, bu da, qərarımın haqlı olduğunu göstərir”.